Bia.Az

Qiymət və maaş hesabatı

İqtisadiyyat
 15-01-2024, 16:09     151

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2023-cü ildə Azərbaycanda istehlak qiymətləri 2022-ci illə müqayisədə 8,8 faiz artıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları 9,6 faiz, qeyri-ərzaq məhsulları 8,4 faiz, ödənişli xidmətlər 8,2 faiz bahalaşıb.

Qeyd olunur ki, 2023-cü ilin yanvar-noyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə nəzərən 11,2 faiz artaraq 923,1 manata çatıb.

Azərbaycanda pensiyalar orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir.

Minimum pensiya 280 manatdır.

Azərbaycanda kişilər 65, qadınlar 63 yaş yarımda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq.

Pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (2023-cü il üçün 40320 manat) tələb olunur. 2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək hər hansı məbləğdə pensiya kapitalı toplamış şəxsin sosial sığorta stajı avtomatik 25 il hesablanır, əks halda pensiya yaşı çatan şəxsə yaşa görə 220 manat müavinət verilir.скачать dle 12.1