Bia.Az

“Bank of Baku”nun xalis mənfəəti 31% azalıb - Biznes kredit portfeli kiçilib

İqtisadiyyat
 15-01-2024, 16:04     145

"Bank of Baku" 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

“APA-Economics” banka istinadən xəbər verir ki, ötən il “Bank of Baku"nun xalis mənfəəti 2022-ci illə müqayisədə 31% və ya 11.4 milyon manat azalaraq 25 milyon 458 min manat təşkil edib. 2022-ci ildə bank 36 milyon 865 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 28.2% artaraq 128 milyon 291 min manat, faiz xərcləri isə 79.1% artaraq 41 milyon 26 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 13 milyon 430 min manat ( illik müqayisədə 13.8% çox ), qeyri-faiz xərcləri isə 73 milyon 639 min manata ( illik müqayisədə 34.2% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 27 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2022-ci ilə nisbətən 20.6% azdır.
Ötən il bankın aktivləri 24.2% və ya 169.6 milyon manat artaraq 870 milyon 889 min manat təşkil edib. Bu dövrdə “Bank of Baku”nun kredit portfeli (müştərilərə verilmiş kreditlər) 14.1% artaraq 659 milyon 43 min manata çatıb. Bu dövrdə bankın istehlak kredit portfeli 19.6% və ya 77.9 milyon manat artaraq 476 milyon manat, biznes kredit portfeli 4.3% və ya 6.6 milyon manat azalaraq 148 milyon manat, daşınmaz əmlak kreditləri isə 41.1% və ya 10.1 milyon manat artaraq 34.8 milyon manat təşkil edib.

Bu dövrdə “Bank of Baku”nun cəmi öhdəlikləri 731 milyon 918 min manat təşkil edib ki, bu da illik müqayisədə 26.5% və ya 153.5 milyon manat çoxdur. Hesabat dövründə bankın depozit portfeli də 41% və ya 150.2 milyon manat artaraq 515 milyon 767 min manata yüksəlib.
2024-cü il yanvar ayının 1-nə “Bank of Baku”nun cəmi kapitalı ilin ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.1% və ya 16.1 milyon manat artaraq 138 milyon 971 min manat təşkil edib.
скачать dle 12.1