Bia.Az

Mərkəzi Bankın 2024-cü il anonsu

İqtisadiyyat
 28-12-2023, 14:42     226

Mərkəzi Bank 2024-cü il üçün pul siyasətinin əsas istiqamətlərini açıqlayıb. Bəyanatda qeyd olunur ki, 2024-cü ildə qlobal iqtisadi artımın azalması, enerji və ərzaq qiymətlərinin sabitləşməsi, ticarət tərəfdaşlarında inflyasiya proseslərinin səngiməsi, ümumilikdə xarici şəraitin Azərbaycan iqtisadiyyatı üçün əlverişli qalması gözlənir.

Bildirilir ki, 2024-ci ildə tədiyyə balansının cari əməliyyatlar hesabında 7-8 milyard dollar profisit, ölkə iqtisadiyyatında 3-3,5 faiz real artım ehtimalı var, pul siyasətinin hədəfi illik inflyasiyanı 2-6 faiz intervalında saxlamaq olacaq.

Faiz dəhlizinə gəlincə, Mərkəzi Bank qeyd edir ki, İdarə Heyəti qərarları bu qrafiklə təqdim edəcək: 31 yanvar, 28 mart, 1 may, 21 iyun, 31 iyul, 18 sentyabr, 30 oktyabr, 18 dekabr.

Hazırda uçot dərəcəsi (kommersiya banklarına manatla verilən borclar üzrə faiz dərəcəsi) 8 faizdir.

2023-cü il 8,25 faizlə start götürüb.

Əvvəlki illərin ilkin faiz dərəcəsi belə olub: 2008-ci il – 13 faiz, 2009-cu il – 8 faiz, 2010-cu il – 2 faiz, 2011-ci il – 3 faiz, 2012-ci il – 5,25 faiz, 2013-cü il – 5 faiz, 2014-cü il – 4,75 faiz, 2015-ci il – 3,5 faiz, 2016-cı il – 3 faiz, 2017 və 2018-ci illər – 15 faiz, 2019-cu il – 9,75 faiz, 2020-ci il – 7,5 faiz, 2021-ci il – 6,25 faiz, 2022-ci il – 7,25 faiz./novator.azскачать dle 12.1