Bia.Az

Lirə nə qədər ucuzlaşıb?

İqtisadiyyat
 28-12-2023, 14:25     226

Azərbaycan Mərkəzi Bankı dekabrın 28-də 100 Türkiyə lirəsini 5 manat 78 qəpiyə satır. Bu, ilin siftə qiymətindən 3 manat 29 qəpik aşağı göstəricidir.

2021-2022-ci illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 9 manat 9 qəpiyə düşüb, 2023-cü il 9 manat 7 qəpiklə başlayıb.
Türkiyənin Mərkəzi Bankı lirənin dəyər itirməsini dayandırmaq üçün uçot dərəcəsini (banklara verilən borclar üzrə faiz dərəcəsi) davamlı artırır.
İyunun 22-də uçot dərəcəsi 8,5 faizdən 15 faizə yüksəlib, iyulun 20-dən 17,5 faiz, avqustun 24-dən 25 faiz, sentyabrın 21-dən 30 faiz, oktyabrın 26-dan 35 faiz, noyabrın 23-dən 40 faiz, dekabrın 21-dən 42,5 faiz həddi qüvvəyə minib.

Hazırda ABŞ dollarının rəsmi satış qiyməti 29,3 lirəni ötür. 2023-cü il 18,7 lirə ilə start götürüb./novator.azскачать dle 12.1