Bia.Az

Ekspert: Biz Ermənistan-İran istehsalı yaratmaq barədə ciddi düşünməliyik

İqtisadiyyat
 26-12-2023, 20:39     259

Ermənistan bu dəfə İranla tərəfdaşlığını gücləndirmək fürsətini əldən verməməlidir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər “Ermənistan Avrasiya İttifaqında: inteqrasiya prosesinin cari nəticələri və görünən perspektivləri” mövzusunda keçirilən mətbuat konfransında yerli ekspert Aram Səfəryan tərəfindən səslənib.
Səfəryanın sözlərinə görə, Ermənistanın son iki ildə Rusiyaya təkrar ixrac təcrübəsi indi İran bazarını müasir, yüksək texnologiyalı mallarla dolduraq üçün istifadə oluna bilər.

“Son bir-iki ildə İran nəinki ümumilikdə Avrasiya İttifaqına, o cümlədən Ermənistana da xüsusi maraq göstərib. Ermənistan üçün müvəqqəti İran-Aİİ güzəştli ticarət sazişi mahiyyətcə heç bir nəticə vermədi. Bu illər ərzində Rusiya ilə ticarət 76% artıb, lakin Ermənistanla belə inkişaf müşahidə olunmayıb”.

Avrasiya Ekspert Klubunun üzvü Tatul Manaseryanın bildirdiyinə görə isə, Ermənistan-İran sərhədində hələ həm logistika, həm də yük sığortası sahəsində infrastruktur qurulmayıb: “Bundan başqa, biz nəhayət, - həm İran bazarı üçün. və Avrasiya bazarı üçün İranla birgə istehsal müəssisələ yaratmaq barədə ciddi düşünməliyik”,-deyə Manaseryan qeyd edib.скачать dle 12.1