Bia.Az

2024-cü ilin büdcə zərfi - Dövlət büdcəsində gəlirlər və xərclər NECƏDİR

İqtisadiyyat
 26-12-2023, 14:01     257

Prezident İlham Əliyev 2024-cü ilin büdcə zərfini imzalayıb.

Dövlət büdcəsində gəlirlər 34 milyard 173 milyon manat, xərclər 36 milyard 763 milyon manat göstərilir.

BİA.az xəbər verir ki, Novator.az-ın məlumatına görə, xərc istiqamətləri belə sıralanır: iqtisadi fəaliyyət – 7 milyard 787,9 milyon manat; müdafiə və milli təhlükəsizlik – 6 milyard 421 milyon manat; ümumi dövlət xidmətləri – 4 milyard 822,2 milyon manat; təhsil – 4 milyard 549,9 milyon manat; sosial müdafiə və sosial təminat – 4 milyard 542,2 milyon manat; məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 2 milyard 956,6 milyon manat; səhiyyə – 1 milyard 871,2 milyon manat; kənd təsərrüfatı – 1 milyard 102,5 milyon manat; mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 574,7 milyon manat; ətraf mühitin mühafizəsi – 376,8 milyon manat; mənzil və kommunal təsərrüfatı – 367 milyon manat, əsas bölmələrə aid edilməyən xərclər – 1 milyard 390,3 milyon manat.

Dövlət Sosial Müdafiə Fondunun büdcəsində gəlirlər və xərclər 6 milyard 919 milyon 860 min manat, işsizlikdən sığorta fondunun büdcəsində 238 milyon manat nəzərdə tutulur.

2024-cü il üçün yaşayış minimumu və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 270 manat götürülür.скачать dle 12.1