Bia.Az

Büdcədə medianın payı - KİMƏ NƏ QƏDƏR...

İqtisadiyyat
 26-12-2023, 13:46     258

BİA.az xəbər verir ki, Novator.az 2024-cü ilin dövlət büdcəsində medianın payına nəzər salıb.

Televiziya, radio və nəşriyyat istiqaməti üzrə 67,6 milyon manat xərc nəzərdə tutulur. Vəsaitin 42,6 milyon manatı “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, 21,6 milyon manatı İctimai Televiziya və Radio Yayımları Şirkətinin payına düşür.

“Azərbaycan” nəşriyyatına (dövlət sifarişlərinin yerinə yetirilməsi üçün) 2,3 milyon manat verilir.

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan milli nümayəndəliyinə 712,1 min manat, Mədəniyyət Nazirliyinə 292,6 min manat, radio və televiziya redaksiyalarının saxlanması üçün 30,2 min manat ayrılır.

Audiovizual Şurası büdcədən 2,7 milyon manat, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) 9,9 milyon manat, Medianın İnkişafı Agentliyi 8 milyon 8 min manat götürür.скачать dle 12.1