Bia.Az

Azərbaycanda "yumurta panikası" - qiymətləri kim artırdı? - Mürvət Həsənlidən KRTİK açıqlama

İqtisadiyyat
 26-12-2023, 12:57     260

Mürvət Həsənli: “Gələn ay Rusiyaya 20 milyon yumurta ixrac edəcəyik, qiymət də artmayacaq...”

Son vaxtlar pərakəndə satış yerlərində yumurtanın qiymətinin bahalaşması müşahidə edilir. Bəziləri bunu mövsümi və bayramla əlaqəli olduğunu bildirir. Amma Azərbaycanın Rusiyaya yumurta ixracından sonra bu məhsulun ölkəmizdə qiymətinin artmasına hesab edənlər də var.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli mövzu ilə bağlı Musavat.com-a dedi ki, yumurtanın qiymətində heç bir artım olmayıb:
1620837943_458.jpg (41 KB)
“Sadəcə şəhərdən çıxış qiyməti hazırda paketlə çatdırılma ilə bir yerdə 53 manatdır. Bir yeşikdə 360 ədəd yumurta olur. Bir ay bundan əvvəl də bu qiymətə idi, bu gün də eyni qiymətdir. Sadəcə bəzi işbazlar bunun qiymətini qaldırıblar. Hazırda ölkədə kifayət qədər yumurta istehsal olunur. Bu gün üçün istehlak tələbatımız 3,6 milyondur, 5 milyona qədər isə yumurta istehsal olunur. Bu günə kimi Rusiyaya 1,8 milyon ədəd yumurta ixrac etmişik. Rusiyaya yumurta ixracının başlanılmasının qiymətə təsiri yoxdur. 1,4 milyon artıq yumurtamız var. Kifayət qədər yumurtamız var, heç bir qiymət artımı da yoxdur. Sadəcə işbazların və onlara dəstək verənlərin bir oyunudur. Demək olar ki, bütün fabriklərlə əlaqə saxlamışam, heç bir fabrikdə qiymət artımı yoxdur. Bu mart ayına kimi belə də davam edəcək. Biz ƏDV-nin aşağı salınması ilə bağlı hökumətə müraciət etmişik. Çox güman ki, onlar da buna müsbət cavab verəcəklər. Bu amil də yumurtanın qiymətinin artmayacağına əsas verir”.
Mürvət Həsənli, “Rusiya Quşçular İttifaqının baş direktoru Qalina Bobıleva mediaya açıqlamasında deyib ki, Azərbaycandan gətirilən yumurta Rusiya bazarının miqyasında çox aşağıdır. Rusiyaya yumurta ixracı dayandırılacaq, yoxsa artırılacaq" sualına da cavab verib:
“Rusiyanın günlük tələbatı 100 milyon ədədin üzərindədir. Bu dəfə 1.8 milyon ədəd ixrac etdik. Gələn ay, yanvarda 20 milyon yumurta ixrac ediləcək. heç bir qiymət artımı da olmayacaq”.
Qeyd edək ki, bu aydan etibarən Azərbaycandan Rusiyaya yumurta ixracına başlanılıb. Dekabarın 19-da 36 ton (612 min ədəd) , dekabrın 21-də 18 ton (306 min ədəd) həcmində olub, dekabrın 24-də isə 18 ton (306 min ədəd) yumurta ixrac olunub.скачать dle 12.1