Goranboy rayonunda Tender maxinasiyası-Tender mənim, Tender sənin,Tender Dövlətin…

Goranboy Rayon İcra Hakimiyyəti adına iki il ərzində 3 tender müqaviləsi imzalayıb.
Böyük məbləğli İki tender müqaviləsi “GÖYGÖL TİKİNTİ” MMC ilə bağlayıb.
Sizin.Media xəbər verir ki, hər iki tenderin ümumi qiyməti 600 min manatdan çoxdur.
Belə ki, bu il noyabr ayında sözügedən icra orqanı Goranboy şəhəri, Cəfər Cabbarlı, Rövşən Mustafayev, Yahuzər Bayramov, Salahəddin Civəzadə, Rəsul Rza küçələrində, Heydər Əliyev prospektində, “Goranboy rayonu” lövhəsinin tikintisində, Şəhidlər xiyabanı və Heydər Əliyev mərkəzinin qarşısında abadlıq işləri ilə bağlı 364.774,29 AZN-lik müqavilə imzalayıb.
Goranboy şəhər İcra Nümayəndəliyi ötən il də “Ədağı” MMC ilə “dodaq uçuqladan” 2 müqaviləyə imza atıb:
Goranboy şəhərində Nizami,M.Məhərrəmov,A.Heydərov,B.Bağırov,Rəfət Aslanov,Eldəniz Bağırov,Etibar Namazoğlu,Ziyafəddin Əliyev, Pərviz Zeynalov, Vaqif Dədə Qorqud,M.Ə.Rəsulzadə, Hüseyn Cavid, Şəxəli Qurbanov, CəlilMəmmədquluzadə, Səməd Vurğun,Məscidə gedən yol, M.Nağıyev və Üzeyir Hacıbəyli küçələrində aparılacaq abadlıq (işıqlandırma sisteminin qurulması) işləri ilə bağlı 208.850,06 AZN dəyərində,
Goranboy şəhərində küçələrin asfalt-beton örtüyünün təmiri işlərinin satın alınmasına görə 451.411,12 AZN-lik müqavilə imzalanıb.
Beləliklə iki il ərzində icra hakimiyyəti 2 milyon 717 manatlıq müqavilə imzalanıb.
Sizin.Media