Bia.Az

“Əmək bazarı vaxtında düzgün proqnozlaşdırılmayıb” - Mustafa Abbasbəyli

İqtisadiyyat
 15-11-2022, 19:44     258

"Bu gün əmək bazarındakı kadr qıtlığının, müasir peşələrə, bacarıqlara sahib olan kadrların azlığının səbəbi vaxtında istiqamətlərin düzgün seçilməməsi, əmək bazarının düzgün proqnozlaşdırılmamasıdır".

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, bazarda peşə təhsilli mütəxəssislərin payı artmaqdadır: “Biz dünya təcrübəsinə də baxanda görürük ki, əmək bazarının yarısından çoxi artıq ali təhsillilərdən deyil, peşə təhsillilərdən ibarətdir. Bizim hazırda 4 peşə hazırlığı mərkəzimiz var. Bu peşə hazırlığı mərkəzlərində biz il ərzində maksimum 2-3 min mütəxəssis hazırlaya bilirik.
Amma biz qanunvericiliyə dövlət-özəl tərəfdaşlığı modelini gətirdik və bundan sonra eyni anda 50-dən çox peşə hazırlığı müəssisəsi ilə əməkdaşlıq imkanı yaratdıq. Son nəticədə peşə hazırlığı potensialımız 3 mindən 30 minə çatdı. Etiraf edək ki, keyfiyyət olaraq dövlət olaraq heç də yaxşı icraçı olmur. Təəssüflər olsun ki, yaxşı icraçı olmadığı halda da güclü rəqib olur. Hesab edirik ki, bu istiqamətdə özəl sektorla əməkdaşlığı gücləndirməli, ondan daha çox dəstək almalıyıq".
"Bizim yaratdığımız mexanizmlər bugünkü gənclərin, cəmiyyətin gələcək əmək bazarına düzgün hazırlaşmasına töhfə verməkdir. Bu məqsədlə biz peşələrin atlasını hazırlayırıq. Bu, hər bir gəncin istifadəsində olacaq bir resurs olacaq. Yeri gəlmişkən, dünən biz onun prototipinə baxdıq, uğurlu alınıb. İstənilən gənc girib istədiyi peşə ilə bağlı məlumatlara baxa biləcək, həmin sənəti seçənlərin sayını da izləyə biləcək. Eyni zamanda vakansiyaları, orta əmək haqqını izləmək imkanı da olacaq.
Digər resursumuz isə məzunların məşğulluq reytinqidir. Bu resurs vasitəsi ilə gənclər peşələri müqayisə edib hansının arxasınca getməli olduğuna qərar verəcək, Həmçinin bu sahədə olan ən yaxşı təhsil müəssisəsini öyrənəcək”, - deyə M.Abbasbəyli əlavə edib.скачать dle 12.1