Bia.Az

Çində koronavirusa yeni yoluxma halları qeydə alınıb

İdman
 1-04-2020, 16:57     382

Çində koronavirusa yeni yoluxma halları qeydə alınıbÇində son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 36 nəfər artıb, bunlardan 35-i “gətirilmiş” hallardır.

“bia.az” TASS-a istinadən xəbər verir ki, Çinin Səhiyyə İşləri Dövlət Komitəsindən ölənlərin sayının 7 nəfər artaraq 186-ya çatdığı bildirilib.

Qeyd olunub ki, martın 31-i saat 00:00-a olan məlumata görə, Çində virusa yoluxanların ümumi sayı 81 554 nəfərə çatıb, xəstələrdən 76 238 nəfər müalicə olunaraq xəstəxanalardan evə buraxılıb, 3 312 ölüm hadisəsi qeydə alınıb.

Hubey əyalətində son sutka ərzində yalnız bir yeni yoluxma hadisəsi qeydə alınıb ki, bu da “gətirilmə”dir. Virusun yayılma mərkəzi olan Uhanda 6 nəfər ölüb, 173 nəfər sağalıb.

Daha 1 ölüm halı Şanxayda qeydə alınıb.скачать dle 12.1