Bia.Az

Naxçıvan hakimiyyətinin Donkixotluğu, yoxsa... - İTTİHAM

İdman
 1-04-2020, 13:00     346

Naxçıvan hakimiyyətinin Donkixotluğu, yoxsa... - İTTİHAMTürkiyə mətbuatı Naxçıvan MR-də koronavirusa qarşı aparılan misilsiz mübarizədən dəm vurur, Muxtar Respublikanın Səhiyyə naziri isə kiçik torpaqda ümumiyyətlə koronavirus adlı nəsnənin olmadığını deyir. Maraqlıdır ki, iki xəbərin ikisini də Naxçıvan MR-in rəsmi informasiya kanalları yayıb. Belə çıxır ki, ya Türkiyə mətbuatı (nə qədər Türkiyə mətbuatı olduğuna aydınlıq gətirəcəyik) yalan yazır, ya da Naxçıvan MR rəhbərliyi Donkixotluq edib yel dəyirmanı ilə vuruşur. Bəs bu mülahizələrdən hansı doğrudur?
Hurriyyet.org bildirir ki, Ovqat.com-u düşündürən bu müəmmaya “İğdırın kamyon şoferləri” (qaynağın adı şərtidir) aydınlıq gətirib. Sən demə, məqalələrin dərc olunduğu iki qəzetin ikisi də İğdıra aid imiş və hər ikisinin bir rəhbəri varmış. Rəhbəri kim olsa yaxşıdır? – Keçmiş İsa Qəmbərçi Cabbar Şiktaş. Vaxtilə İsa Qəmbərə duyduğu simpatiyanı Cabbar Şiktaşın heç özü də danmır. Yazılarının birində bunu belə etiraf edir: “Ben bundan önceki seçimde Musavat Lideri İsa Kamber tarafıydım… Azerbaycan’da oyum yok, ama İsa Kamber’le gönül bağı kurmuş ve bu sebepten ötürüde kendilerini destekliyordum…”

Naxçıvan hakimiyyətinin Donkixotluğu, yoxsa...

Sual edə bilərsiniz: Azərbaycanda məşhur bir qəzetçisini Naxçıvana səfəri zamanı sırf İsa Qəmbərlə keçmiş münasibətinə görə qəbul etməyən Muxtar Respublika rəhbərliyi nə əcəb eyni münasibəti Türkiyənin ucqar rayonlarından birinin eyni məslək adamına göstərmir? Ən əsası isə, keçmiş İsa Qəmbərçi nə əcəb bu gün Vasif Talıbovun məddahına çevrilib?
Gəlin, ən yaxşısı, bu sualın cavabını “İğdırın kamyon şoferinin” dilindən dinləyək: “Mənim bildiyimə görə, Cabbar Şıktaşın “muxtar məddaha” çevrilməsinin tarixi ötən ildən başlayıb. Həmin ilin ikinci yarısında Cabbar Şıktaş Naxçıvana getmiş və orada naməlum səbəbdən həbs olunmuşdu. Onun niyə həbs olunduğu indiyədək bəlli deyil və iddialara görə, bu məsələ İğdır Əmniyyət Müdirliyi tərəfindən də araşdırılır”.

скачать dle 12.1