Bia.Az

Gələn mövsümün ilk müjdəsi

İdman
 27-12-2021, 14:40     315

Avropanın futbol təşkilatı UEFA-nın klub turnirlərində 2022-2023 mövsümünün ilkin təqvim və reqlamenti bəlli olub.


 Novator.az bildirir ki, mövsüm 2022-ci il iyunun 21-də Çempionlar Liqasının ilk ələmə mərhələsi ilə açılır, 2023-cü il iyunun 10-da həmin turnirin final matçı ilə (Türkiyənin İstanbul şəhəri) bitir.

Konfrans Liqasının startı (birinci mərhələ) 2022-ci il iyulun 7-nə, finişi 2023-cü il iyunun 7-nə təyin olunub. Final matçına Yunanıstanın İraklion şəhəri ev sahibliyi edəcək.

Avropa Liqası 2022-ci il avqustun 4-də ilk mərhələdən başlayır, 2023-cü il mayın 31-də final oyunu ilə (Macarıstanın paytaxtı Budapeşt) başa çatır.

Azərbaycan çempionu Çempionlar Liqasında mübarizəyə birinci mərhələdən (5-13 iyul 2022-ci il) qoşulur.
Gümüş və bürünc mükafatçılar, həmçinin kubok sahibi Konfrans Liqasında oynayacaq, ikinci mərhələdə (21-28 iyul 2022-ci il) siftə edəcək.скачать dle 12.1