Bia.Az

Avropada bir sual

İdman
 16-11-2021, 12:08     312

Noyabrın 16-sı Avropada 22-ci dünya futbol çempionatının seçmə mərhələsinin qrup raunduna yekun vurulur. Novator.az bildirir ki, 10 qrupun 9-da qalib bəllidir: A qrupundan Serbiya, B qrupundan İspaniya, C qrupundan İsveçrə, D qrupundan Fransa, E qrupundan Belçika, F qrupundan Danimarka, H qrupundan Xorvatiya, İ qrupundan İngiltərə, J qrupundan Almaniya final mərhələsinə vəsiqə alıb.

22-ci dünya çempionatının final mərhələsi 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. 32 biletin 13-ü Avropaya ayrılıb. Dünya çempionatına çıxmaq üçün qrupda birinci yeri tutmaq gərəkdir. İkinci yeri tutan 10 komanda və Millətlər Liqasının 2 ən yaxşı komandası əlavə oyunlar keçirmək hüququ qazanır.

Son tur ərəfəsində G qrupunda ilk yerə Niderland (20 xal), Türkiyə və Norveç (18 xal) iddia edir.

Final mərhələsinə Afrikanın 5, Asiyanın 4, Cənubi Amerikanın 4, Şimali və Mərkəzi Amerikanın 3 vəsiqəsi var. 2 vəsiqə Asiya, Cənubi Amerika, Okeaniya, Şimali və Mərkəzi Amerika təmsilçiləri arasında əlavə oyunlarda müəyyənləşir, 1 vəsiqə meydan sahibinə verilir.

Cənubi Amerikadan Braziliya final mərhələsinə vəsiqəni təmin edib.

1930-cu ildən keçirilən dünya çempionatlarında Braziliya 5 dəfə, İtaliya və Almaniya 4 dəfə, Uruqvay, Argentina və Fransa 2 dəfə, İngiltərə və İspaniya 1 dəfə qızıl medallara sahib olub.скачать dle 12.1