Bia.Az

Koronavirusa yoluxan daha 3 Azərbaycan vətəndaşı sağaldı

İdman
 14-03-2020, 11:00     83

Koronavirusa yoluxan daha 3 Azərbaycan vətəndaşı sağaldı

Koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu müəyyən edilmiş 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu haqda Nazirlər Kabinetinin yanında operativ qərargahdan Trend-ə daxil olan məlumatda bildirilib. Bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib.

Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir. Onların səhhəti ciddi nəzarət altında saxlanılır.скачать dle 12.1