Bia.Az

NATO-nun keçmiş baş katibi koronavirusa yoluxdu

İdman
 14-03-2020, 10:00     376

NATO-nun keçmiş baş katibi koronavirusa yoluxduNATO-nun keçmiş baş katibi Havyer Solana koronavirus testi müsbət nəticə verdikdən sonra Madriddə xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə mənbəyə istinadən “Reuters” agentliyi bildirib.

Agentliyin məlumatına görə, Solananın həyatı üçün təhlükə yoxdur və o ehtiyat tədbiri kimi tibbi müşahidə altındadır.

NATO-nun keçmiş baş katibi martın 9-da İspaniyanın xarici işlər naziri Aranç Qonsales Layanın iştirak etdiyi tədbirdə olub.

Havyer Solana 1995-ci ildən 1999-cu ilə qədər NATO-nun baş katibi vəzifəsini tutub. O, sonra Avropa İttifaqı Şurasının (1999-2009-cu il) baş katibi olub. Həmçinin Solana baş nazir Felipe Qonsales Markesin hökumət başçısı olduğu vaxt İspaniya xarici siyasət idarəsinin rəhbəri vəzifəsini də icra edib.скачать dle 12.1