Bia.Az

“Qarabağ”, ya “Neftçi”?

İdman
 22-04-2021, 11:29     356

Azərbaycanın yüksək futbol liqasında 2020-2021 mövsümünün başa çatmasına 5 tur qalır. Novator.az bildirir ki, çempionluğa iki komanda şanslıdır: 23 turdan sonra 47 xalla Ağdam “Qarabağ”ı liderdir, Bakının “Neftçi” komandasının 46 xalı var. Qalan komandaların çempion olmaq imkanı qalmayıb.

Əsasnaməyə görə, yüksək liqada iki komandanın topladığı xalların sayı bərabər olsa, qalib bu göstəricilərə müvafiq müəyyən edilir:

komandaların öz aralarında keçirdikləri oyunların nəticələri;
komandaların öz aralarında keçirdikləri oyunlarda top fərqi (səfər qolu nəzərə alınmır);
mövsüm ərzində ən çox qələbə qazanmış komanda;
bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqi;
bütün görüşlərdə vurulmuş topların sayı;
ən az qayda pozuntuları (xəbərdarlıq – 1 bal, meydandan çıxarılma – 3 bal).
püşkün nəticəsi.


“Qarabağ”la “Neftçi” bu mövsüm 3 dəfə üz-üzə gəliblər (1:2, 6:0, 1:2).
İlk çempionatın keçirildiyi 1992-ci ildən bəri “Neftçi” və “Qarabağ” 8 dəfə, “Kəpəz” (Gəncə) 3 dəfə, “Şəmkir”, “Bakı” və “İnter” (Bakı, indiki “Keşlə”) 2 dəfə, “Turan” (Tovuz) və “Xəzər Lənkəran” 1 dəfə çempion olub.


BİA.AZ
скачать dle 12.1