Bia.Az

Qətər yolsuzluğu?

İdman
 31-03-2021, 12:00     344

Avropada 2022-ci ilin dünya futbol çempionatının seçmə mərhələsinin üçüncü turu start götürüb. Novator.az-ın məlumatına görə, A qrupunda yarışan Azərbaycan milli komandası martın 30-u Bakıda Serbiyaya uduzub – 1:2.
Lüksemburq – Portuqaliya matçında 1:3 hesabı qeydə alınıb.
Qrupda Portuqaliya və Serbiya 7 xalla liderlik edirlər. Lüksemburqun 3 xalı var, İrlandiya və Azərbaycan xalsızdır.

Qalan oyunların təqvimi belədir:
1 sentyabr
Portuqaliya – İrlandiya
Lüksemburq – Azərbaycan
4 sentyabr
İrlandiya – Azərbaycan
Serbiya – Lüksemburq
7 sentyabr
Azərbaycan – Portuqaliya
İrlandiya – Serbiya
9 oktyabr
Azərbaycan – İrlandiya
Lüksemburq – Serbiya
12 oktyabr
Serbiya – Azərbaycan
Portuqaliya – Lüksemburq
11 noyabr
Azərbaycan – Lüksemburq
İrlandiya – Portuqaliya
14 noyabr
Portuqaliya – Serbiya
Lüksemburq – İrlandiya.
2022-ci ilin dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Reqlamentə görə, final mərhələsində 32 komanda təmsil olunur. Avropanın 13 vəsiqəsi var.
Seçmə mərhələ 10 qrupu əhatə edir. Dünya çempionatına çıxmaq üçün qrupda birinci yeri tutmaq gərəkdir. İkinci yeri tutan 10 komanda və 2020-ci ilin Millətlər Liqasının 2 ən yaxşı komandası əlavə oyunlar keçirmək hüququ qazanacaq.
B qrupunda İsveç (6 xal), C qrupunda İtaliya və İsveçrə (6 xal), D qrupunda Fransa (4 xal), E qrupunda Belçika (7 xal), F qrupunda Danimarka (6 xal), G qrupunda Türkiyə (7 xal), H qrupunda Xorvatiya və Rusiya (6 xal), İ qrupunda İngiltərə (6 xal), J qrupunda Almaniya və Ermənistan (6 xal) öndədir.скачать dle 12.1