Tarixi an: Millimiz dünya çempionu oldu!

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının mükafatlandırılma mərasimi keçirilib.
Globalinfo.az xəbər verir ki, tədbirdə Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda, vitse-prezidenti Peter Kralik, Azərbaycan Minifutbol Federasiyasının prezidenti (AMF) Orxan Məmmədov, vitse-prezident Taleh Nəsibov, gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər iştirak ediblər.
Ardınca mundialın qalibi olan Azərbaycan millisinə kubok və qızıl medallar təqdim edilib. Macarıstan yığması gümüş, Serbiya seçməsi isə bürünc medallarla mükafatlandırılıb.
***
Azərbaycan minifutbol üzrə milli yığması dünya çempionu oldu.
Globalinfo.az xəbər verir ki, Azərbaycan-Macarıstan qarşılaşması 4-2 hesabı ilə başa çatıb.
***
Milli Gimnastika Arenasında minifutbol üzrə Dünya Çempionatının final görüşündə ikinci hissə başlayıb.
Globalinfo.az xəbər verir ki, ikinci hissə Rəvan Kərimovun qapıya dəqiq zərbəsi ilə başlayıb.
Azərbaycan 4-1 öndədir.
***
Milli Gimnastika Arenasında minifutbol üzrə Dünya Çempionatının final görüşündə ilk hissə başa çatıb.
Globalinfo.az xəbər verir ki, Azərbaycan fasiləyə 3-1 hesablı qələbə ilə yollanıb.
***20:22
Milli Gimnastika Arenasında minifutbol üzrə Dünya Çempionatının final görüşü keçirilir.
Globalinfo.az xəbər verir ki, millimiz Macarıstan yığması ilə qarşılaşır.
Azərbaycan hazırda 3-1 hesabı ilə öndədir.
İlk qolun müəllifi Təmkin Xəlilzadə (3), ikinci qolun müəllifi Məhəmməd Xəlilov (8), üçüncü qolun müəllifi isə Rəcan Kərimov (10) olub.