Azərbaycan millisi tarix yazdı: Finaldakı rəqibi müəyyənləşdi

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında növbəti finalçı müəyyənləşib.
Globalinfo.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən çempionatın ikinci yarımfinal qarşılaşmasında Macarıstan və Serbiya seçmələri üz-üzə gəliblər.
Matçın əsas vaxtında hesab açılmayıb.
Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq oynayan (3:1) Macarıstan kollektivi həlledici mərhələdə Azərbaycanla qarşılaşmaq hüququ qazanıb.
Yarımfinalda yığmamıza məğlub olan Monteneqro isə üçüncü yer uğrunda görüşdə Serbiya ilə münasibətlərinə aydınlıq gətirəcək.
Mükafatlar uğrunda oyunlar iyunun 1-də baş tutacaq.
***21:04
Azərbaycan yığma komandası minifutbol üzrə dünya çempionatında finala vəsiqə qazanıb.
Globalinfo.az xəbər verir ki, yığmamız 1/2 finalda Monteneqro seçməsini 2:1 hesabı ilə məğlub edib.
Millimiz finalda Macarıstan – Serbiya cütünün qalibi ilə üz-üzə gələcək. Görüş bu gün 21:30-da keçiriləcək.
Qeyd edək ki, final matçı iyunun 1-də baş tutacaq.