Bia.Az

"Qarabağ” Türkiyə klublarının qapısına 23 qol vurdu

İdman
 19-04-2025, 00:41     958

"Qarabağ” Futbol Akademiyasının U-15 komandası Türkiyədə “Junior World Cup” turnirində iştirak edir.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, Rauf Əliyevin baş məşqçisi olduğu kollektiv dünən başlanan yarışda artıq 5 görüş keçirib.

B qrupunda yer alan təmsilçimiz ilk matçda “Fulhem”ə (İngiltərə) uduzsa da (1:3), digərlərində inamlı qələbələr qazanıb.

“Qaziemir Gündoğan” (Türkiyə) və “Muratlı Yıldızspor” (Türkiyə) kollektivlərinin hər birinə 8 cavabsız qolla qalib gələn “Qarabağ” 7 top da “Göztəpə”yə vurub (7:1).

“Qarabağ” “Rayo Valyekano” (İspaniya) ilə “sülh” bağlayıb – 1:1. Turnir davam edir.скачать dle 12.1