Bia.Az

“Beşiktaş”ın prezidenti futboldan uzaqlaşdırıldı

İdman
 18-04-2025, 00:23     815

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Beşiktaş”ın prezidenti Serdal Adalını ağır cəzalandırıb.

Teleqraf xəbər verir ki, klub rəhbəri 54 gün müddətinə futboldan uzaqlaşdırılıb.

Məlumata görə, S.Adalı "Futbolun və qurumların nüfuzuna xələl gətirmək məqsədi daşıyan açıqlamalar" verdiyinə görə federasiyanın qəzəbinə tuş gəlib.

“Beşiktaş”ın rəhbərinə 1,8 milyon lirə pul cəzası da kəsilib.скачать dle 12.1