Bia.Az

Avro-2024: Türkiyə Avstriya qarşısında ikinci qolu vurub (YENİLƏNDİ)

İdman
 3-07-2024, 00:54     941

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşündə ikinci qol vurulub.

Leyptsiqdəki "Red Bull Arena"da "ay-ulduzlular" üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 2:0.

Merih Demiral 59-cu dəqiqədə dubl edib.

xxx

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində üz-üzə gələn Avstriya və Türkiyə yığmaları arasındakı oyunda birinci hissə başa çatıb.

İlk yarıdan sonra Türkiyə millisi 1:0 hesabı ilə qalib gəlir.

Qarşılaşmanın 1-ci dəqiqəsində Türkiyənin heyətində Merih Dəmiral komandasını önə keçirib.

Görüşü portuqaliyalı hakim Artur Diaş idarə edir.
скачать dle 12.1