Bia.Az

Millimizdən Avropa çempionatına erkən vida

İdman
 7-06-2024, 01:31     688

Minifutbol üzrə Avropa çempionatı davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan yarışda 1/4 final matçları keçirilib.
Azərbaycan millisi Qazaxıstanla üz-üzə gəlib. Çempionatda keçirdiyi bütün qarşılaşmalarda qələbə qazanan Elşad Quliyevin yetirmələri seriyasını davam etdirə bilməyiblər. Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatdığından qalib penalti seriyasında bəlli olub. 7:6 hesabı ilə qalib gələn Qazaxıstan yarımfinala vəsiqə qazanıb.

Avropa çempionatı

1/4 final
6 iyun
19:00. Qazaxıstan – Azərbaycan - 0:0, pen. 7:6


Qeyd edək ki, yığmamız bunadək qrupda Belçikaya 3:0, İtaliyaya 2:1, Fransaya 3:1, 1/4 finalda Bolqarıstana 3:1 hesabı ilə qalib gəlib.скачать dle 12.1