Bia.Az

“Şerif“i məğlub edən “Qarabağ“ 1 milyon 370 min avro qazandı

İdman
 29-08-2020, 14:22     397

Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələn "Qarabağ"ın qazancı müəyyənləşib.

BİA.az xəbər verir ki, Ağdam təmsilçisi III mərhələyə kimi irəlilədiyi üçün UEFA-dan 1 milyon 370 min avro mükafat qazanıb.
"Qarabağ" Çempionlar Liqasının pley-offuna yüksəlsə, büdcəsini daha 7 milyon avro zənginləşdirəcək.

ÇL-in qrupuna vəsiqə qazanan klubların büdcəsinə isə 15,25 milyon avro əlavə olunur. Avropa Liqasının qrup mərhələsinə yollanan klub isə 2,92 milyon avro mükafat alır.

"Qarabağ" III təsnifat mərhələsində bu komandalardan biri ilə üz-üzə gələcək: "Molde" (Norveç), "Midtyulland" (Danimarka), "Ferensvaroş" (Macarıstan), "Omoniya" (Kipr), "Dinamo" (Brest, Belarus).

Sportinfo.az yazır ki, III təsnifat mərhələsinin püşkü avqustun 31-də, pley-offun püşkü isə sentyabrın 1-də atılacaq.

BİA.az

скачать dle 12.1