Bia.Az

Azərbaycanlı futbolçu 28 yaşında karyerasını başa vurdu

İdman
 18-07-2020, 22:57     594

Azərbaycanlı futbolçu Eltun Yaqublu karyerasını başa vurub.

Yenisabah.az xəbər verir ki, 28 yaşlı müdafiəçi bu barədə "Instagram" hesabından məlumat verib.

“Səbail”lə yollarını ayıran Yaqublu bildirib ki, onun üçün ağır olsa da, karyerasına son qoymağı qərara alıb.

Oyunçu “Səbail” klubunun rəhbərliyinə, məşqçilər korpusuna, onunla birlikdə oynayan futbolçu yoldaşlarına və azarkeşlərə təşəkkür edib.

Qeyd edək ki, Eltun Yaqublu karyerası ərzində "Neftçi", "Qarabağ" və "Sumqayıt" klublarının da formasını geyinib. O, 2018/2019 mövsümündə "Səbail"lə Azərbaycan Premyer Liqasında bürünc medal qazanıb.


BİA.azскачать dle 12.1