Bia.Az

“Qalatasaray” rəsmisi Bakıya niyə gəlib?

İdman
 4-02-2024, 16:40     438

“Qalatasaray” klubunun futbol direktoru Ceng Ergün Bakıya səfərə gəlib.

QOL.az xəbər verir ki, C.Ergün dünən Misli Premyer Liqasının “Səbail” - “Qarabağ” matçını “ASKO Arena”da canlı izləyib. 

Əldə etdiyimiz xəbərə görə, C.Ergün Bakıya sadəcə qonaq qismində gəlib. O, dünən və bu gün “Qarabağ” rəhbərliyi ilə görüşüb. Tərəflər arasında uzun müddətdir isti münasibətlər var. Amma səfər “Qarabağ” və digər klublarla hər hansı danışıqlar aparmaq məqsədi daşımır. Yəni bu gün üçün Azərbaycandan heç bir oyunçu “Qalatasaray”ın maraq dairəsində deyil.

Qeyd edək ki, bəzi sosial media səhifələrində bu səfərin “Qarabağ”ın futbolçusu Toral Bayramovla danışıqlara görə olduğu iddia edilib.скачать dle 12.1