Bia.Az

"Rusiyadan gələn təklifləri nəzərdən keçirməyə hazıram" - Murad Musayev

İdman
 4-02-2024, 16:18     424

Bir neçə gün əvvəl "Sabah"dan ayrılan Murad Musayev karyerasını harada davam etdirmək variantlarından danışıb. 

QOL,az xəbər verir ki, rusiyalı mütəxəssis "RB Sport"a açıqlamasında ölkəsində işləmək istədiyini bildirib:

“Əlbəttə, mən Rusiyadan gələn təklifləri nəzərdən keçirməyə hazıram. Mahaçqala "Dinamo"su? Hacı Müslümoviç (Hacıyev - red.) artıq sualınıza cavab verib”. 

Bundan əvvəl "Dinamo"nun prezidenti Hacı Hacıyev deyib ki, Musayevi komandada baş məşqçi kimi görməyə etiraz etməz, amma indi ona kiçik fasilə lazımdır. Hacıyev Musayevlə yalnız "Sabah"dan ayrıldıqdan sonra ona dəstək olmaq üçün danışdığını bildirib.

Xatırladaq ki, 40 yaşlı Murad Musayev 2021-ci ilin oktyabrından “Sabah”ı çalışdırırdı.скачать dle 12.1