Bia.Az

Şeydayev “Kocaelispor”da 2-ci oyununa çıxdı

İdman
 3-02-2024, 20:11     422

Türkiyə 1-ci Liqasında 21-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki,  Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor"  "Adanaspor"u qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 60-cı dəqiqədə Beridze vurub.

Ramil Şeydayev  bu görüşdə iştirak edib. O, start heyətdə meydana daxil olub və 73-cü dəqiqədə əvəzlənib. 

"Kocaelispor" 42 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Eyüpspor" 48 xalla 1-cidir.скачать dle 12.1