Bia.Az

Arkadi Naydiç niyə Azərbaycan təmsilçisi kimi göstərilib?

İdman
 29-01-2024, 20:52     170

Arkadi Naydiçin Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən açıqlanan dünya reytinqində hələ də Azərbaycan təmsilçisi kimi göstərilməsinin səbəbi müəyyənləşib.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) Globalinfo.az-a verilən məlumata görə, 38 yaşlı qrossmeysterin onlarla heç bir bağlılığı qalmayıb.
AŞF bununla bağlı hətta FIDE-yə rəsmi məktub da göndərib:

“Naydiçlə çoxdan yolları ayırmışıq. Bu barədə həm FIDE-yə, həm də idmançının əvvəllər təmsil etdiyi Almaniya Şahmat İttifaqına məktub göndərilib. Naydiçlə bağlılığımız yoxdur. O, hazırda heç Almaniya Şahmat İttifaqında da təmsil olunmur. Bu üzdən FIDE reytinqdə son ölkəsi kimi Azərbaycanı göstərir”.

Qeyd edək ki, Arkadi Naydiç 2015-2020-ci illərdə Azərbaycanı təmsil edib.скачать dle 12.1