Bia.Az

Avropa meydanlarında

İdman
 29-01-2024, 13:45     406

Avropanın aparıcı milli futbol çempionatlarında növbəti oyunlar arxada qalıb. Novator.az bildirir ki, İspaniya çempionatına 55 xalla “Jirona” başçılıq edir. “Real” 54, “Barselona” və “Atletiko” 44, “Atletik” 42 xal götürüb.

İtaliya çempionatında “İnter” 54 xalla liderdir. “Yuventus” 53, “Milan” 46, “Atalanta” 36, “Latsio” və “Fiorentina” 34 xal yığıb.

Almaniya çempionatında “Bayer” zirvədədir: 49 xal. Lideri 47 xalla “Bavariya”, 37 xalla “Ştutqart”, 36 xalla “Borussiya” (Dortmund) izləyir.
Fransa çempionatında PSJ 44, “Nitsa” 38, “Brest” 35, “Monako” 34, “Lill” 32 xal əldə edib.

İngiltərə çempionatında “Liverpul” 48 xalla öndədir. “Mançester Siti”, “Arsenal” və “Aston Villa” 43, “Tottenhem” 40 xal toplayıb.

BİA.azскачать dle 12.1