Bia.Az

Böyük beşlikdə

İdman
 15-01-2024, 16:11     387

Avropanın aparıcı milli futbol çempionatlarında növbəti oyunlar arxada qalıb. Novator.az-ın məlumatına görə, İngiltərə çempionatında “Liverpul” 45 xalla öndədir. “Mançester Siti” və “Aston Villa” 43, “Arsenal” və “Tottenhem” 40 xal toplayıb.

İspaniya çempionatına 49 xalla “Jirona” başçılıq edir. “Real” 48, “Barselona” və “Atletik” 41, “Atletiko” 38 xal götürüb.

İtaliya çempionatında “İnter” 51 xalla liderdir. “Yuventus” 46, “Milan” 42, “Fiorentina” 34, “Latsio” 33, “Bolonya” 32 xal yığıb.

Almaniya çempionatında “Bayer” zirvədədir: 45 xal. Lideri 41 xalla “Bavariya”, 34 xalla “Ştutqart”, 33 xalla “Leypsiq” izləyir.

Fransa çempionatında PSJ 43, “Nitsa” 35, “Brest” 34, “Monako” 33 xal əldə edib.скачать dle 12.1