Bia.Az

Rövnəq Abdullayevin səhhətində problem yaranıb, İcraiyyə Komitəsinin iclası və akademiyanın açılışı təxirə salınıb

İdman
 10-01-2024, 17:06     434

AFFA-nın İcraiyyə Komitəsinin yanvarın 11-də Gəncədə keçirilməli olan iclası təxirə salınıb.

İdman.biz-in məlumatına görə, buna AFFA prezidenti Rövnəq Abdullayevin səhhətində problem yaranması səbəb olub.

Gəncədə futbol akademiyasının açılışında iştirak etməli olan qurum başçısı səfərə yollana bilməyəcəyi üçün belə addım atılıb. Həm açılış mərasimi, həm də İcraiyyə Komitəsinin iclası qeyri-müəyyən müddətə təxirə salınıb.
скачать dle 12.1