Bia.Az

Ərtoğrul Sağlam Azərbaycan Milli Komandasına dəvətindən imtina edib

İdman
 7-01-2024, 18:04     483

"Beşiktaş"ın və Azərbaycan Milli Komandasının baş məşqçi namizədləri arasında olduğu iddia edilən Ərtoğrul Sağlam məsələ ilə bağlı açıqlama verib.


Bizimyol.info xəbər verir ki, hazırda "Trendyol 1"ci liqa komandalarından olan Kocaelisporda çalışan Sağlam Sosial media hesabında paylaşdığı açıqlamada: "Mən diqqətimi tam olaraq "Kocaelispor"a yönəltmişəm. Hələlik başqa heç bir komanda barədə düşünmürəm", - deyə qeyd edib.

Baş məşqçi Ərtoğrul Sağlam: “Beşiktaşın hər zaman qəlbimizdə xüsusi və ayrı bir yeri olsa da, hazırda "Kocaelispor" ilə inandığımız və qarşımıza qoyduğumuz hədəfə doğru gedirik. Analoji proses iki həftə əvvəl Azərbaycan Milli Komandası üçün də baş vermişdi. Maraq, mehribanlıq və gözəl mesajlarınız üçün təşəkkür edirik. Bizim yeganə diqqətimiz, hazırda “Kocaelispor”un liqada yaxşı mövqe əldə etməsidir”, - deyə əlavə edib.


Ərtoğrul Sağlam daha əvvəl 2007-ci ilin iyulundan 2008-ci ilin oktyabrına qədər Beşiktaşda çalışıb.скачать dle 12.1