Bia.Az

Mahir Emrelinin Xorvatiya - Ermənistan matçında səbəb olduğu HADİSƏ - FOTO FAKT

İdman
 23-11-2023, 01:39     529

“Avro-2024”ün seçmə mərhələsinin son turunda Xorvatiya millisi Ermənistanı qəbul edib.

Xorvatlar hava-su kimi vacib olan qələbəni minimal hesabla əldə ediblər.

Görüşdəki yeganə qolu Ante Budumir 43-cü dəqiqədə qonaqların qapısından keçirib.

Bununla da Zlatko Daliçin yetirmələri Avropa Çempionatına vəsiqəni təmin etmiş olublar.

Qarşılaşmadan əvvəl meydan sahiblərinin paltar dəyişmə otağından çəkilən görüntülər isə azərbaycanlı azarkeşlər üçün matçdan daha çox diqqət çəkib.

Belə ki, tavandan asılan bir neçə başqa ölkənin bayrağı arasında Azərbaycanın üç rəngli bayrağı da yer alıb.
Görənləri təəccübləndirən bu məqam səbəbsiz deyilmiş.

Xorvatiya yığması ev oyunlarını keçirdiyi “Maksimir” stadionu “Dinamo”ya (Zaqreb) məxsusdur.

Millimizin forvardı Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb təmsilçisi heyətində yer alan bütün əcnəbilərin məxsus olduqları ölkələrin bayraqların paltar dəyişmə otağından hər zaman asılı saxlayır.

Azərbaycan bayrağının Ermənsitanla oyundan öncə Xorvatiyanın paltar dəyişmə otağında yer almasının da səbəbi budur.//SPORTİNFO.AZ



скачать dle 12.1