Bia.Az

Ən yaxşı – Messi

İdman
 28-02-2023, 16:16     695

Argentinalı hücumçu Lionel Messi FİFA-nın 2022-ci il üçün sorğusunda dünyanın ən yaxşı futbolçusu seçilib. Milli komandaların baş məşqçiləri və kapitanlarının, həmçinin jurnalistlərin rəyinə əsaslanan mükafat futbolçuya fevralın 26-sı Fransanın paytaxtı Parisdə keçirilən mərasimdə təqdim olunub.
Novator.az bildirir ki, 1987-ci il iyunun 24-ü Argentinanın Rosario şəhərində doğulan Lionel Messi ilk futbol dərslərini ölkəsinin “Qrandoli” və “Nyuells Old Boyz” komandalarında alıb, 2000-ci ildən İspaniyada yaşayıb, “Barselona” klubunun məktəbində yetişib.
2004-2021-ci illərdə “Barselona” forması geyinmiş Lionel Messi 2021-ci ildən Fransanın PSJ komandasında oynayır.
Lionel Messi 10 dəfə İspaniya çempionu, 1 dəfə Fransa çempionu olub, 7 dəfə İspaniya kubokunu, 7 dəfə İspaniya superkubokunu, 1 dəfə Fransa superkubokunu qazanıb.
“Barselona” ilə Lionel Messi 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub, 3 dəfə UEFA superkubokunu qazanıb, 3 dəfə klublar arasında dünya çempionluğu əldə edib.
Lionel Messi Argentinanın gənclər yığması ilə dünya çempionu (2005) və olimpiya çempionu (2008) titullarına sahib çıxıb.
2005-ci ildən oynadığı Argentina milli komandasının heyətində Lionel Messi Amerika kubokunun sahibi (2021), dünya çempionu (2022) olub.
Lionel Messi futbolda ən nüfuzlu fərdi təltif sayılan “Qızıl top” mükafatının rekordçusudur. O, 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021-ci illərdə dünyanın ən yaxşı futbolçusu seçilərək “Qızıl top” alıb.
FİFA ilin ən yaxşı futbolçusu mükafatını 1991-ci ildə təsis edib. 2010-2015-ci illərdə mükafat Fransanın “France Football” nəşri ilə birgə təqdim olunub və “FİFA-nın Qızıl topu” adlanıb.
1991-2009-cu illərdə mükafatı Ronaldo (Braziliya) və Zinəddin Zidan (Fransa) hərəyə 3 dəfə, Ronaldinyo (Braziliya) 2 dəfə, Lotar Matteus (Almaniya), Marko van Basten (Niderland), Roberto Bacco (İtaliya), Romario (Braziliya), Corc Vea (Liberiya), Rivaldo (Braziliya), Luiş Fiqu (Portuqaliya), Fabio Kannavaro (İtaliya), Kaka (Braziliya), Kriştiano Ronaldo (Portuqaliya) və Lionel Messi 1 dəfə alıb.
2010-2015-ci illərdə Lionel Messi 4, Kriştiano Ronaldo 2 dəfə dünyanın ən yaxşı futbolçusu seçilib.
2016-cı ildən Kriştiano Ronaldo, Lionel Messi və Robert Levandovski (Polşa) 2 dəfə, Luka Modriç (Xorvatiya) 1 dəfə mükafat alıblarскачать dle 12.1