Bia.Az

Fahişəxanaya çevrilən musiqi salonuna basqın: Əcnəbi qadınların gizləndiyi yer heyrət doğurdu- VİDEO

Hadisə
 22-10-2022, 20:02     243

Türkiyədə polislərin xəbər üzərinə bir musiqi salonuna etdiyi basqında maraqlı görüntülər ortaya çıxıb.

Musavat.com xəbər verir ki, xarici vətəndaşlar olan qadınların məkanda konsomatris (barlarda, əyləncə məkanlarında xidmət edən qadınlara deyilir) olaraq fəaliyyət göstərdiklərini öyrənən qruplar hadisə yerinə basqın edib.
Əməliyyat zamanı gizli zirzəmi gizlənən Özbəkistan və Qırğızıstandan olan 5 qadın yaxalanıb. Əməliyyat həmin ərazidəki yaşayan yerli sakinlərin şikayətindən sonra baş tutub. Sakinlər qeyd ediblər ki, həmin məkan musiqi salonu adı altında əxlaqsızlıq yuvasına çevrilib. 
Sözügedən əməliyyat Türkiyənin Aydın şəhərində baş tutub. Məkanda gizli zirzəmiyə enən polis burada gizlənən 5 Özbəkistan və Qırğızıstan vətəndaşı ilə qarşılaşıb. Polis qrupları gizli zirzəmidə gizlənən 5 qadını nəzarətə götürüb. Qadınların lazımi prosedurlardan sonra İl Mühacirət İdarəsinə təhvil veriləcəyi öyrənilərkən, musiqi salonunun operatoru L.B. haqqında qanuni əməliyyat başladılıb.

скачать dle 12.1