Bia.Az

DƏHŞƏTLİ QƏTL: Özündən 21 yaş kiçik sevgilisini öldürüb parçalara ayırdı - FOTO

Hadisə
 22-10-2022, 19:59     245

Meksikada yaşayan 46 yaşlı Erik Fransisko Roledo özündən 21 yaş kiçik sevgilisi İnqrid Escamillanı öldürməkdə təqsirli bilinib.

Musavat.com xəbər verir ki, sevgilisini öldürdükdən sonra onun cəsədini parçalara ayıraraq tualetə atan şəxs 70 il müddətinə azadlıqdan məhrum edilib.

Meksika qadın qətllərini dayandırmaq üçün daha sərt qanunlar tətbiq etdiyi üçün onun cəzası da sərt olub. 
Meksikada yaşayan inşaat mühəndisi 46 yaşlı Erik Fransisko Roledo özündən 21 yaş kiçik sevgilisi İnqrid Escamilla Varqası öldürdüyünü etiraf edib. Cani heç bir dəlil buraxmamaq üçün sevdiyi qadının bədənini parçalara ayırdığını və parçaları tualetə atdığını bildirib. Adamın binadan qan içində çıxdığını görən qonşular polisə zəng edərək vəziyyəti xəbər veriblər.
728xauto (3).jpg (123 KB)
Meksikada bir cinayətkarın ala biləcəyi maksimum həbs cəzasına məhkum edilən Roledo 70 il həbsə və dəfn xərclərini və qurbanın ailəsinə əlavə təzminat ödəmək üçün külli miqdarda pul cəzasına məhkum edildi. Hökm elan edildikdən sonra İnqridin anası Antelma Varqas bildirib ki, o, hakimin qərarından məmnundur, çünki bu, artıq qadın qətli qurbanları üçün ədalətin əldə olunmasının mümkün olduğunu göstərir.
Musavat.com
728xauto.jpg (67 KB)
728xauto (2).jpg (121 KB)
728xauto (1).jpg (96 KB)скачать dle 12.1