14 yaşlı qızın qaçırılması ilə bağlı cinayət işi başlandı
Beyləqan rayonunda 14 yaşlı qızın qaçırılması ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki. faktla əlaqədar Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə (Adam oğurluğu - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) cinayət işi başlanılıb.
Xatırladaq ki, Beyləqan rayonu Qaralılar kəndində qaçırılan 14 yaşlı məktəbli qız tapılıb.
Rayon Polis Şöbəsi əməkdaşların həyata keçirdiyi müvafiq tədbirlərlə şərti adı A.A olan qızın qaçırıldığı istiqamət müəyyən olunaraq avtomobil saxlanılıb.