Təmiz Şəhər ASC-də fəhlə yıxılaraq ölüb - TƏFƏRRÜAT
Bakının Xətai rayonunda ölüm faktı qeydə alınıb.
BİA.AZ APA-ya istinadla xəbər verir ki, hadisə Xocalı prospekti 55 ünvanında qeydə alınıb.
1970-ci il təvəllüdlü Məmmədov Elman Hüseyn oğlu işlədiyi qurumda ehtiyyatsızlıqdan yıxılaraq ölüb.
O, komatoz vəziyyətində 3 nömrəli xəstəxanaya çatdırılıb.
Qapalı kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya aparılan E.Məmmədov ölüb.
Qeyd esək ki. E.Məmmədov Təmiz Şəhər ASC-də fəhlə işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.