Bia.Az

Bakıda dəhşətli qəza - Ölənlər və ağır yaralılar var -YENİLƏNİB - FOTO

Hadisə
 9-10-2022, 16:31     237

Ötən gecə Sabunçu rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı iki nəfər həlak olub.

APA xəbər verir ki, qəza nəticəsində "Kia" markalı avtomobildə sıxılı vəziyyətdə qalan sürücü Zülfüqar Zülfüqarlı hadisə yerində, 22 yaşlı sərnişini isə bir neçə saat sonra vəfat edib.

Xəsarət alan digər iki sərnişin ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisəyə səbəb "Range Rover" markalı minik avtomobilinin yüksək sürətlə hərəkət etməsi səbəb olub.

***
08 oktyabr saat 22.32 

Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BİA.az APA-ya istinadla xəbər verir ki, hadisə bu dəqiqələrdə Nardaran qəsəbəsində yerləşən "Sea Breeze" otelinin yaxınlığında qeydə alınıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, hərəkətdə olan "Range Rover" və "Kia" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində avtomobillərdən birində iki nəfər  sıxılı vəziyyətdə qalıb. Hər iki şəxs ağır xəsarət alıb.
Hadisə yerinə polis, təcili yardım və FHN əməkdaşları cəlb olunub.
Hazırda xilasetmə əməliyyatı aparılır.скачать dle 12.1