Bia.Az

AXCP üzvünə 6 il iş verildi

Hadisə
 27-07-2022, 15:06     275

Almaniyadan Bakıya deportasiya olunandan sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Pünhan Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü 6 il həbsə məhkum edilib.

Ötən ilin noyabrında Almaniyadan deportasiya edilən Pünhan Kərimli yanvarın 25-də Bakıda saxlanılıb. Onun barəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Pünhan Kərimli isə özünü təqsirli bilməyib və ittihamın uydurma olduğunu deyibскачать dle 12.1