Bakıda avtomobillər toqquşub, ölən və yaralanan var

Bakıda avtomobillər toqquşub, ölən və yaralanan var.
Bu barədə BIA.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə fevralın 10-u saat 10 radələrində Qaradağ rayonunun Puta qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Abşeron rayon sakinləri - M.Zülfəliyevin idarə etdiyi “Tofaş” və Şöhlət Quliyevin idarə etdiyi “Oka” markalı avtomobillər toqquşub.
Nəticədə xəstəxanaya yerləşdirilən Ş.Quliyev orada ölüb, digər sürücünün vəziyyəti orta-ağırdır.
Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.