Bia.Az

Bakıda internat məktəbindən oğurluq edilib

Hadisə
 9-02-2022, 11:39     239

Bakıda internat məktəbindən oğurluq edilib.

Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi və Rayon Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 8-də Əmircan qəsəbəsindəki internat məktəbindən 20 ədəd pəncərə çərçivəsi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qiladov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.скачать dle 12.1