Bia.Az

Sabiq deputat vəfat etdi - FOTO

Hadisə
 7-09-2021, 10:52     23

Azərbaycanda sabiq deputat vəfat edib.

Milli Məclisin sabiq deputatı, Yazıçılar Birliyinin üzvü, jurnalist, ədəbiyyatşünas, fəlsəfə doktoru Xeyrulla Salman oğlu Əliyev dünyasını dəyişib.

X.Əliyev 1991-ci il noyabrın 26-da Azərbyacan Ali Sovetinin nəzdində yaradılan Milli Şuranın 50 üzvündən biri olub.

Tənqidçi, ədəbiyyatşünas, nasir və tərcüməçi kimi Azərbaycan dövri mətbuatında müntəzəm çıxış edən X.Əliyev bir çox tərcümə kitablarının da müəllifidir.

X.Əliyev 20-dən artıq bədii filmin mətnini Azərbaycan dilinə çevirib.  O, Çingiz Aytmatovun "Dəniz kənarıyla qaçan alabaş”, "Gün var əsrə bərabər”, Nodar Dumbadzenin "Ağ bayraqlar” və s. əsərlərini Azərbaycan dilinə tərcümə edib.

Allah rəhmət eləsin"

Sabiq deputat vəfat etdi - FOTOскачать dle 12.1