Bia.Az

Azərbaycanda dörd aylıq uşaq koronavirusa yoluxdu

Hadisə
 7-09-2021, 10:47     11

Son günlər uşaqlar arasında koronavirusa yoluxmalar müşahidə olunur. Yoluxanların ən kiçiyi 4 aylıqdır , ən böyüyünün isə 16 yaşı var. Uşaqlarda koronavirus müxtəlif simptomlarla görülə bilər. Bəzilərində klinik əlamətlər olmasa da, bəzilərində kəskin yuxarı tənəffüs yollarının infeksiyası simptomları ola bilər. Pediatr valideynlərə xəbərdarlıq edib.

Uşaqlar arasında da koronavirusa yoluxanlar var. Ən kiçiyi 4 aylıq, ən böyüyünün isə 16 yaşı var.

Pediatr Gülnarə Salahova deyir ki, son zamanlar uşaqlarda koronavirusun mənfi təsirləndikləri müşahidə olunur.Müayinədən sonra məlum olur ki, uşaqların test nəticəsi pozitivdir. Azyaşlılarda koronavirus müxtəlif simptomlarla görülə bilər.

Pediatr bildirib ki, aşağı yaş kateqoriyasından olan uşaqlarda yoluxma daha çox valideynlərdən keçir. Yalnız valideynlərin erkən müraciəti əsasında bu virusun qarşısını almaq mümkündür.

Valideynlər özlərini peyvənd olunaraq , uşaqlarını isə sanitar-gigiyenik qaydalara riayət etməklə qoruya bilərlər deyə pediatr vurğulayıb.скачать dle 12.1