Bia.Az

Anasını döyən oğulu ata balta ilə öldürdü

Hadisə
 5-03-2020, 13:21     73

Anasını döyən oğulu ata balta ilə öldürdüTürkiyənin Amasya vilayətində ata oğlunu baltalayaraq öldürüb.

“Demirören Haber Ajansı”nın (DHA) yaydığı xəbərə görə, 61 yaşlı Asım Sucu oğlu 30 yaşlı Əhməd Sucunu öldürdüyünü etiraf edib.

Məlum olub ki, Ə.Sucu atasını və anasını döyürmüş. Buna görə, atası onu balta ilə öldürüb.

O, əvvəlcə oğlunun meyitini yaşadıqları evin həyətində, üç il sonra isə kənd qəbiristanlığında basdırıb.

Bundan sonra valideynlər polisə gedərək oğullarının itkin düşdüyünü deyiblər.

Polis araşdırmlara başlasa da, Ə.Sucunu tapa bilməyiblər.

A.Sucunun qətli etiraf etməsindən sonra o, arvadı Ş.S ilə polis nəzarətinə götürülüb.

Ə.Sucunun qəbirdən çıxarılan nəşi ekspertizaya göndərilib.

A.Sucu həbs edilib, arvadı isə polisin nəzarətinə verilməklə sərbəst buraxılıb.скачать dle 12.1