Bia.Az

Bakı sakinini bıçaqlayan şəxs tutuldu

Hadisə
 4-03-2020, 14:15     379

Bakı sakinini bıçaqlayan şəxs tutulduBakıda bıçaqlanma hadisəsi baş verib.

“bia.az”in xəbərinə görə, hadisə martın 2-də saat 20:40 radələrində paytaxtın Nəsimi rayon Füzuli küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü V.Vəliyevi qarnından bıçaqlayıb.

Yaralı paytaxt ərazisində yerləşən xəstəxanaların birinə çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.

Bu barədə Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət daxil olub.

Daxil olan müraciət əsasında Nəsimi RPİ-nin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş A.Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1