Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi

Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirilib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, onlar artıq iki həftədir Bakıda Uşaq Sığınacağı Reabilitasiya Mərkəzinə yerləşdiriliblər.
Mərkəzin rəhbəri Kəmalə Ağazadə bildirib ki, hazırda yeniyetmələr reabilitasiya prosesinə cəlb olunublar: "Reabilitasiya yaxşı gedir, amma uzun çəkəcək".
Qeyd edək ki, Yardımlı rayonunda məktəbli qıza qarşı cinsi zorakılıq və fahişəliyə cəlbetmə cinayətləri törədilib. Aparılan istintaq çərçivəsində qızın anası da daxil olmaqla 4 nəfər həbs olunub. Uşaqların bioloji atası həyatda deyil. Qıza və qardaşına qəyyum təyin edilib.
Faktla bağlı başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.