Bia.Az

Hacıqabulun 3 kəndini sel basdı

Hadisə
 7-05-2025, 00:16     715

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altında qoyub.

Axar.az-ın Report-a istinadən məlumatına görə, hazırda rayonda yağan güclü yağışlar nəticəsində əmələ gələn sel “Yeddipara” adlanan Udullu kənd ərazi vahidliyində yaşayış evlərini basıb.

Sakinlərin sözlərinə görə, Harami dağından gələn sel Şorbaçı, 1-ci və 2-ci Paşalı kəndlərində həyətyanı sahələrə dolub.

Hazırda intensiv yağış yağır, sel davam edir. Sözügedən kəndlərin əhalisi çətin vəziyyətdə qalıb.

Bununla bağlı artıq aidiyyəti qurumlar hərəkətə keçib.скачать dle 12.1